Xəbər lenti

Nazir rayon baytarlıq idarəsinin rəisini işdən qovdu
Ölkə13:44 30.06.2015

Nazir rayon baytarlıq idarəsinin rəisini işdən qovdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdə Rayon Baytarlıq İdarəsinin rəisi Yavər Mirzəyev vəzifədən azad olunub. "Report" xəbər verir ki, kənd təsərrufatı naziri Heydər Əsədov bununla bağlı əmr imzalayıb.
Y.Mirzəyevin vəzifədən çıxarılmasına səbəb kimi, onun işdə yol verdiyi nöqsanlar göstərilib. O, iki il bundan əvvəl rəis təyin edilmişdi.
Qeyd edək ki, hələlik idarə rəisi vəzifəsinə təyinat olmayıb.
Qaynar.info