Xəbər lenti

Nazir Rəşad Nəbiyev İslam İnkişaf Bankı Qrupunun prezidenti ilə görüşdü
Ekonomiks11:28 02.03.2023

Nazir Rəşad Nəbiyev İslam İnkişaf Bankı Qrupunun prezidenti ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə aviasiya, dəmir yolu nəqliyyatı və bulud texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin bankın maliyyə dəstəyi ilə həyata keçirilə biləcək prioritet layihələr barədə müzakirələr aparılıb. 
Qarşı tərəfə ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri, mövcud infrastruktur, telekommunikasiya və İKT sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.