Xəbər lenti

Nazir və rektor Bakıdan Xankəndiyə 15 saat yol gedən müəllimə təşəkkür etdilər (FOTO)
Ölkə 15:50 02.12.2025

Nazir və rektor Bakıdan Xankəndiyə 15 saat yol gedən müəllimə təşəkkür etdilər (FOTO)

Qarabağ Universitetinin müəllimi Arzu Şükürova həftədə 2 dəfə Xankəndiyə gedib dərs keçir və həmin gün də Bakıya qayıdır.


Valyuta.az saytının bu gün mövzu ilə bağlı Arzu müəllimədən götürdüyü müsahibə böyük maraqla qarşılanıb.


Azərbaycanın Elm və təhsil naziri Emin Əmrullayev Facebook-da paylaşılan müsahibəyə münasibət bildirib.


"Təşəkkürlər! Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq azdır. Əminəm ki, əməyiniz nəticəsini gec və ya tez verəcək!" - nazir yazıb.


Müsahibəni Linkedin hesabında paylaşan Universitetin rektoru Şahin Bayramov isə yazıb: "Qarabağ Universitetinin çoxsaylı fədakar əməkdaşlarından biri olan Arzu Şükürovaya təşəkkür edirik. Müsahibə üçün Valyuta.az-a minnətdarlığımızı bildiririk. Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir!"


"07:00-da Bakı Beynəlxalq Avtovağzalından avtobus yola düşür və saat 13:00-da Xankəndidə oluram. Dərsi keçirəm, 17:00-da universitetdən çıxıram, 17:30-da avtobus Xankəndidən Bakıya yola düşür. Bakıya gecə saat 23:30–00:00-a yaxın çatırıq. Evə çatmağım isə 01:30-a qədər çəkir” - Arzu müəllimə müsahibəsində deyib.


Müsahibənin tam mətnini bu linkdən oxuya bilərsiniz.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->