Xəbər lenti

Nazirə yeni müşavir təyin edildi
Ekonomiks 17:15 06.09.2024

Nazirə yeni müşavir təyin edildi

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, Vüqar Mirzəzadə rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib.

Vüqar Mirzəzadə 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində kommersiya ixtisası üzrə bakalavr, Qlazqo Universitetində idarəetmə və beynəlxalq maliyyə ixtisası üzrə magistr təhsili alıb.

Bank VTB (Azərbaycan) ASC-də müxtəlif vəzifələrdə, "Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinin rəisi vəzifəsində işləyib.

2020-ci ildən son təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində Aktivlərin idarə olunması departamentinin Nəqliyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Birinci "Yüksəliş” müsabiqəsinin qalibi olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->