Xəbər lenti

Nazirin birinci müavini vəzifəsi ləğv edildi, Əli Abdullayev işini itirdi
Ölkə13:58 25.05.2022

Nazirin birinci müavini vəzifəsi ləğv edildi, Əli Abdullayev işini itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib.
"Report"un xəbərinə görə, bu vəzifə Prezident İlham Əliyevin mayın 24-də imzaladığı "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanla ləğv olunub.
Sənədə əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirinin 5 müavini olacaq.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsini Əli Abdullayev tuturdu.