Xəbər lenti

Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi
Ekonomiks 15:24 13.05.2024

Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İnfranstruktur departamentinin keçmiş rəisi Mehman Əhmədov məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı "MKT İstehsalat Kommersiya" MMC-dir.

Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Kənan Hüseynovun icraatındadır. Məhkəmə çəkişməsi alqı-satqı müqaviləsinə dair mübahisələrlə bağlıdır. 

Mehman Əhmədov bir müddət əvvəl ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədovun atası kimi gündəmə gəlmişdi. Lakin sonradan məlum oldu ki, Mehman Əhmədovla Əhməd Əhmədovun atasının sadəcə adı, ata adı və soyadları üst-üstə düşüb. 


"MKT İstehsalat Kommersiya" MMC-yə gəlincə, şirkətin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes qurumlarının mediada tirajlanan siyahısında rast gəlinir. 

Seyid 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->