Xəbər lenti

Nazirlər Kabinetindən yeni qərar: "Şahdağ" Turizm Agentliyindən alındı
Ölkə05:15 11.09.2018

Nazirlər Kabinetindən yeni qərar: "Şahdağ" Turizm Agentliyindən alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ” Qış-Yay Turizm Kompleksi ilə bağlı qərar verib.
Qaynarinfo xəbər verir ki, qərara görə Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. 
Həmçinin, Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4.2-ci bəndi ləğv edilib.