Xəbər lenti

Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
Ekonomiks13:26 10.12.2019

Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Qaynarinfo xəbər verir ki, fərmanla Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.
Belə ki, fərmanda aşağıdakı dəyişikliklər edilib:
1. 2.1-ci bənddən "4.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bənddə "39.2-ci maddəsində (birinci halda)” sözləri "39.2-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
"2.1-1. həmin Qanunun 39.2-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.
3. 2.2-ci bənddə "39.2-ci maddəsində (ikinci halda)” sözləri "39.2-ci maddəsində (üçüncü halda)” sözləri ilə əvəz edilsin.
4. 2.4-cü bənddən "4.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bəndə "39.2-ci maddəsində” sözlərindən sonra "(birinci halda)” sözləri əlavə edilsin.