
Maraqlıdır, bəs nazirlərimiz arasında namaz qılıb oruc tutanlar varmı?
Qaynar.info xəbər verir ki, AzVision.az bu mövzu ilə bağlı kiçik araşdırma aparıb.
İlk öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ibadət edib-etməməyini öyrənməyə çalışdıq. Bu məqsədlə nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva ilə əlaqə saxladıq.
Ə.Qarayevin dinə münasibətindən danışmaq istəməyən mətbuat katibi bu barədə məlumatsız olduğunu deyib.
Daha sonra Daxili İşlər Nazirliyindən nazir Ramil Usubovun dini mövqeyi barədə xəbər almaq istədik.
DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə “Xəbərim yoxdur. Bu rəhbərliyin şəxsi işidir”-deyə sualımıza cavab verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Hüseynqulu Bağırovun dini mövqeyindən məlumatsızdır.
“Nazirin oruc tutub-tutması barədə məlumatım yoxdur. Özümə gəldikdə isə deyə bilərəm ki, oruc tutmuram”.
Qeyd edək ki, H.Bağırovun İslam dininə münasibətinin birmənalı olmadığı deyilir.
Bəs, adı nurçu qalmaqalında hallanan Azad Rəhimov necə namaz qılıb, oruc tuturmu?
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da nazirin oruc tutmasından xəbərsiz olduğunu deyib:
“Bilmirəm nazir oruc tutur ya tutmur, amma mən tuturam”.
Əlaqə saxladığımız digər dövlət qurumlarından da sualımıza analoji cavab verildi: “Bilmirik...”
Mətbuatxidmətləri nazirlərin dini mövqeyindən xəbərsiz olsalarda ictimaiyyətarasında yayılan məlumatlara görə, yüksək vəzifəli məmurlar və ailəüzvləri arasında Allaha inanıb ibadət edənlər az deyil.
Mətbuat kluarlarında gəzib-dolanan xəbərlərə görə, nəqliyyat naziri Ziya Məmmədovdindar imiş. Deyilənlərə görə, nazir vaxtlı-vaxtında namazını qılır vədinin digər vacibatlarını yerinə yetirir. Nazirlə yanaşı onun yaxınətrafında, qohumları arasında ibadət edənlər var.
Məlumata görə,nazirin yaxınları, qohumları, həmçinin əsas şəriklərindən olan HafizMəmmədovun yaxın ətrafı arasında ibadət edən xeyli insanlar var.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dinəbağlı olduğu deyilir. Yayılan xəbərlərə görə, nazir mütəmadi olaraqkasıb insanlara əl tutur, zəkat verir, Ramazan ayında dindarlar üçüniftar süfrələri açır.
Vergilər naziri Fazil Məmmədovnamaz qılmasa da İslam dininə münasibəti müsbətdir. Onun ailəsi üzvləriarasında namaz qılanlar çoxluq təşkil edir. Hətta onun çevrəsindəçalışan işçilərin əksəriyyətinin namaz qılıb ibadət etdiri bildirilir.
Qaynar.info