Deputat İqbal Məmmədova məxsus olduğu bildirilən "Lerik Broyler” MMC məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəmədə iddia qaldırıb ki, "Lerik Broyler” MMC-nin lizinq müqavilələrinin öhdəliklərini yerinə yetirməyib.
Şirkətin dövlət qurumuna külli miqdarda lizinq müqaviləsi üzrə borcu yaranıb.
Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin sədrliyi ilə keçiriləcək proses mart ayının 27-nə təyin olunub.
İddia təsdiqini taparsa, "Lerik Broyler” MMC lizinq üzrə yaranmış borc öhdəliyini yerinə yetirəcək, əks halda şirkətin texnikaları müsadirə oluna bilər.
Qeyd edək ki, Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən, "Lerik Broyler” MMC 26 noyabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Lerik rayonu, Lerik şəhəri, Nəriman Nərimanov küçəsi, ev 38, mənzil 7-də yerləşir. Nizamnanə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi İqbal Məmmədvun qardaşı oğlu Nərimanlı Orxan Çingiz oğludur. Bu da "Lerik Broyler” MMC-nin İqbal Məmmədova məxsus olduğunu göstərir.
Xatırladaq ki, 2017-ci ildə "Lerik Broyler” MMC-də baş verən partlayış zamanı orada çalışan Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib, 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanovağır xəsarət alıb.
Əhməd
Şərhlər