Xəbər lenti

Nazirlik ekologiyaya ziyan vuran MMC barəsində protokol tərtib etdi
Ekonomiks13:59 18.07.2023

Nazirlik ekologiyaya ziyan vuran MMC barəsində protokol tərtib etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Seaside Kasa Masa” MMC-nin barəsində inzibati protokol tərtib edib. 
Qaynarinfo-nun məlumatına görə, protokla əsasən, şirkət İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə) maddəsi ilə təqsirli bilinir. 
İşə avqustun 1-də Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılacaq. Məhkəmədə protokol təsdiqini taparsa, şirkət 10500 manat cərimə ediləcək.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən qeydiyyatda keçən şirkətin qanuni təmsilçisi Züleyxa Saarbəyova Oktay qızıdır.
Əhməd