Xəbər lenti

Nazirlik işçi axtarır
Ölkə15:32 07.01.2019

Nazirlik işçi axtarır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib.
Qaynarinfo Vergilər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə yanvarın 31-dən fevralın 20-dək qəbul ediləcək. Elanda sənəd qəbulu, müsabiqənin keçirilməsi şərtləri və qaydaları barədə ətraflı məlumat öz əksini tapıb. Qeyd edilib ki, elektron ərizə vermiş namizədlər martın 27-dən 29-dək (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, akademik Landau küçəsi, 16) götürməlidirlər.
Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsi martın 30-da Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə istifadə olunan sualların tərtib edildiyi ədəbiyyat siyahısının yanvarın 10-dan nazirliyin internet saytı vasitəsilə namizədlərə çatdırılması qeyd olunub.