Xəbər lenti

Nazirlik keçmiş məhkumlara pul payladı
Ölkə14:56 27.04.2016

Nazirlik keçmiş məhkumlara pul payladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1758 nəfərə birdəfəlik müavinət verib.

Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman babayev məlumat verib.

Onun sözlərinə görə, cəza çəkməkdən azad edilmiş şəxslərin hər birinə minimum əmək haqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Məşğulluq haqqında qanunvericilikdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyalarına aid ediliblər. Müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində onların məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılır.

Hazırda nazirliyin sifarişi ilə Qobustanda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də inşa edilir. Mərkəz qeyd olunan şəxslərin sosial adaptasiya tədbirlərinə cəlb olunması, müvafiq hallarda onların hüquqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi və s. istiqamətlərdə fəaliyyət göstərəcək.

Qaynarinfo.az