Xəbər lenti

Nazirlik meteohəssas insanlara xəbərdarlıq etdi
Ölkə08:19 08.06.2015

Nazirlik meteohəssas insanlara xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) iyunun 9-11-də günorta saatlarında isti diskomfort şəraitinin bəzi meteohəssas insanlarda narahatçılıq hissi yarada bilməsi ilə bağlı xəbərdarlıq edibər.

Qaynar.info ETSN-in Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, iyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 25-30 dərəcə isti olacaq.

İyunun 9-11-də Abşeron yarımadasında meteoamillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti diskomfort şəraiti bəzi meteohəssas insanlarda narahatçılıq hissi yarada bilər.

İyunun 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Qaynar.info