Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Norm" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
Qayanrinfo-nun məlumatına görə, nazirlik yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Qaradağ Rayon Məhkəməsinə müraciət edib.
Agentlik məhkəmədə "Norm" ASC barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi" iddiasını qaldırıb.
İş hakim Günay Həşimovanın icraatındadır.
Ehtimal edilir ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi "Norm" ASC-də yoxlama həyata keçirilib. Yoxlama zamanı ekoloji pozuntular aşkarlanıb.
Qeyd edək ki, "Norm" sement zavodu gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement istehsal edir.
Əhməd