Xəbər lenti

Nazirlik “qorotdel” və FHN-dən kömək istədi
Ölkə17:29 02.06.2015

Nazirlik “qorotdel” və FHN-dən kömək istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhiyyə Nazirliyi qadağan olunmuş çimərliklərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhər Baş Polis İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və rayon gigiyena və epidemiologiya mərkəzlərinə müraciət ünvanlayıb. Bu barədə saytına nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, Səbayel rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir.
Şıx çimərliyinin sanitariya mühafizə zolağına Bibiheybət, Badamdar, 20-ci yaşayış sahəsi ərazilərindən və digər tərəfdən, Lökbatan qəsəbəsi istiqamətində təsərrüfat-məişət çirkab suları, Sahil çimərliyinin mühafizə zolağına isə Sahil təmizləyici qurğular stansiyasında təmir-yenidənqurma işləri aparılmadığından təmizlənməmiş çirkab suların axıdılması dəniz suyunun bakterioloji çirklənməsinə səbəb olub.
Buna görə də Səbayel rayonunun Şıx və Qaradağ rayonu Sahil çimərliklərində bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çoxdur.
Nazirlik xəbərdarlıq edir ki, bu çimərliklərdən istifadə insan sağlamlığı üçün ciddi təhlükədir, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi yaradır.
Nazirlik həmin çimərliklərdən istifadəyə qoyulan qadağanın yerinə yetirilməsi üçün əlaqədar qurumlardan kömək istəyib.
Qaynar.info