Xəbər lenti

Nazirlik Şirvandakı partlayışla bağlı məlumat yaydı
Ölkə16:16 06.07.2015

Nazirlik Şirvandakı partlayışla bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə Sənayesi Nazirliyi "Telemexanika" zavodunun sexlərindən birində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Nazirliyin məlumatında deyilir ki, bu gün saat 11:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Telemexanika" zavodunun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.
Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.
Xəsarət alanlardan 3 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Respublika Yanıq Mərkəzindən APA-ya verilən xəbərə görə, bunlar 1961-cı il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı, 1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə Kamal qızı və 1971-ci il təvəllüdlü Səttarova Xatirə İnşallah qızıdır.
Mərkəzdən onu da bildiriblər ki, yaralıların hamısı reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti ağır olaraq qalır.
Qaynar.info