Xəbər lenti

Nazirlik startapçıların inamını qazanacaqmı? - MÜRACİƏT
Ekonomiks08:01 17.04.2017

Nazirlik startapçıların inamını qazanacaqmı? - MÜRACİƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə gənclərini, startapçılarını yeni elan edilən qrant müsabiqəsində fəal iştirak etməyə dəvət edib.

"Report" xəbər verir ki, bunu Nazirliyin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov bildirib.

"Məlum olduğu kimi, Azərbaycanda İnnovasiyalara Dəstək Dövlət Fondu tərəfindən yeni qrant müsabiqəsi elan edilib. İştirak etmək istəyənlər Fondun saytı vasitəsilə onlayn qeydiyyatdan keçə bilərlər. Gəncləri, innovativ ideyaları olan startapçıları dövlət fondu tərəfindən elan edilmiş bu müsabiqədə fəal iştirak etməyə dəvət edirəm. Öz layihələrini Azərbaycan dövlətinin dəstəyi ilə, yaradılmış mövcud imkanlardan istifadə etməklə reallaşdırsınlar", - deyə T.Məmmədov bildirib.

"Qaynar"-ın verdiyi xəbərə görə, buna qədər bir neçə dəfə keçirilən müsabiqənin nəticələri çoxsaylı tənqidlərə məruz qalıb və nəticələr şübhə altına alınıb. Əvvəlki rəhbərlik dönəmində baş tutan müsabiqələr Azərbaycan ekositemində demək olar ki, heç bir uğurla yadda qalmayıb.

Qaynar.Az