Xəbər lenti

Nazirlik texnologiya şirkətindən yarım milyonluq musiqi aləti alır
Ekonomiks 18:18 08.01.2025

Nazirlik texnologiya şirkətindən yarım milyonluq musiqi aləti alır

Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyi "Beetech" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət nazirliyin dövlət teatr və konsert müəssisələrinə, uşaq musiqi məktəblərinə musiqi alətlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 469 055,9 manatdır. 

"Beetech" şirkəti 2018-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül şossesi, ev1965-ci məhəllədə yerləşir. 

MMC-nin qanuni təmsilçisi Əliyev İmran Oruc oğludur. 

"Beetech" MMC-nin veb-səhifəsində yerləşdirilən məlumatda şirkətin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Şirkətin xidmətlərinə şəbəkə infrastrukturunun işləri, təhlükəsizlik cihazlarının qurulması, telefon santralı və vieo konfrans, server xidmətləri, mühafizə sistemlərinin qurulması daxildir. 

Maraqlıdır ki, Naxçıvan MR Mədəniyyət Nazirliyinin texnologiya şirkətindən musiqi aləti alacaq. 

Seyid  

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->