Xəbər lenti

Nazirlikdə səs-küy saldı, cəzalandırıldı
Ölkə14:07 14.02.2023

Nazirlikdə səs-küy saldı, cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasında səs-küy salaraq ictimai asayişi pozan şəxslə bağlı qərar verilib. 
Qaynarinfo-nun məlumatına görə, 1991-ci ildə Kürdəmir rayonunun Çöhranlı kəndində anadan olan Yusif (şərti) nazirliyə gələrək, ona ev verilməsini tələb edib. 
O, valideyn himayəsindən məhrum olunduğu üçün uşaq evində böyüb. 2018-ci ildə ailə qurub və 2 övladı var. Qalmağa evi olmadığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. 
Yusif hadisə günü əsəbi olub, binada səs-küy salaraq nazirlik əməkdaşlarından ev tələb edib. Bu zaman polis onu saxlayıb, barəsində qərar verilməsi üçün iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Yusif İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilib.
Əhməd