Xəbər lenti

Nazirlikdə yeni təyinat: Fərrux Fərəcullayev direktor oldu
Ekonomiks11:27 15.05.2023

Nazirlikdə yeni təyinat: Fərrux Fərəcullayev direktor oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom” MMC-də yeni təyinat olub.
Qaynarinfo xəbər verir ki, Kommersiya departamentinin direktoru vəzifəsinə Fərrux Fərəcullayev təyin edilib.
F.Fərəcullayev "AzInTelecom” MMC-də peşəkar fəaliyyətinə 2017-ci ildə başlayıb və daha öncə Məhsul və Xidmətlər şöbəsinin müdiri olub.
Qeyd edək ki, bundan öncə "AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru vəzifəsini Ruslan Əliyev icra edib. F.Fərəcullayevin xələfi ötən ay öz ərizəsi ilə tutduğu vəzifədən ayrılmışdı.