Xəbər lenti

Nazirlikdən prezident seçkisi günü ölkədə internetin kəsilməsi ilə bağlı iddialara cavab
Ölkə13:23 07.02.2024

Nazirlikdən prezident seçkisi günü ölkədə internetin kəsilməsi ilə bağlı iddialara cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ölkədə internetlə əlaqədar heç bir çətinlik yoxdur və xidmət ən yüksək səviyyədə təmin olunur”.
Qaynarinfo xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin həyata keçirdiyi "Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkədə yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir:
"Görülən işlərin nəticəsidir ki, ümumilikdə internet xidmətinin təminatı istiqamətində heç bir çətinliklər müşahidə olunmur.
Qeyd edək ki, bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aidiyyəti qurumları əhalinin müvafiq xidmətlərlə, o cümlədən internetlə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.