Binəqədi Rayon Gənclər və İdman İdarəsi barəsində inzibati protokol tərtib olunub.
Qaynarinfo xəbər verir ki, İdarə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Fərid Əmrəliyev iş üzrə hakim təyin edilib.
347-ci maddəyə əsasən, vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.
Binəqədi Rayon Gənclər və İdman İdarəsi Gənclər və İdman Nazirliyinə tabeli qurumdur. İdarənin rəisi Namiq Tarverdiyevdir.
Seyid
Şərhlər