Ədliyyə Nazirliyinin sabiq əməkdaşı Ayxan Novruzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Fevralın 4-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclasa hakim Fəxri Məmmədov sədrlik edəcək.
Ayxan Novruzov Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma - təkrar törədildikdə) maddəsi ilə ittiham edilir. Ayxan Novruzovun cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb.
Rayon icra şöbələrindən birində icra məmuru işləmiş Ayxan Novruzovun qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çoxsaylı məlumatlar daxil olub. Bu məlumatlar araşdırıldıqda Ayxan Novruzovun rüşvət almasına dair əsaslı şübhələr yaranıb və ona ittiham elan edilib.
Seyid
Şərhlər