Xəbər lenti

Nazpərinin qardaşını maşın vurub
Ölkə06:46 28.05.2014

Nazpərinin qardaşını maşın vurub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazpəri Dostəliyevanın qardaşı üç gün bundan öncə maşınla vurulub. 

Qaynar.info xəbər verir ki, bunu xalq artistinin prodüseri Mikayıl Hüseynov Milli.Az-a deyib. "Təxminən üç gün öncə Nazpəri xanımın qardaşını maşın vurub. O, yolu keçəndə maşın vurub. Ağır xəsarətlər aldığından onu xəstəxanaya yerləşdiriblər. Bir neçə gün xəstəxanada yatdıqdan sonra o, ötən gün böyrək çatışmazlığından dünyasını dəyişib". 

Prodüserdən hadisənin necə və harada olduğunu öyrənmək istəsək də, bu barədə heç bir məlumat verə bilməyəcəyini dedi. 

Qaynar.info