
Ölkədə tez-tez özəl bankların kredit götürənlərə qarşı soyğunçu mövqedə olması ilə bağlı iddialar səsləndirilir. Belə banklardan birinin “NBC Bank” olduğu iddia edilir.
Qaynar.info-nun bizimxeber.az-a istinadən yaydığı məlumata görə, belə bir problemlə sözügedən saytın baş redaktoru Ədil Hüseynli üzləşib.
Saytda gedən məlumatda bildirilir ki, bank müştərilərinə qarşı soyğunçu mövqe sərgiləyir və müqavilədə göstərilməyən qaydaları tətbiq edərək müştəriləri talayır: "Müqavilədə göstərilməyən halların (Məsələn, bank faizi…) vətəndaşların boynuna qoyaraq özlərini ağıllı göstərmək istəyən bank işçiləri və onları nəzarətdə saxlayan məmurlar anlasınlar ki Azərbaycan, Namibiya və ya Mozambik deyil. Onun vətəndaşları savadsız da deyil. Bu ölkədə qanunlar var və işləkdir. İşlək olmayan isə onların özlərindən uydurduqları qaydalardır ki, vətəndaşın dərisini soymağa yönəlib".
Qaynar.info