Xəbər lenti

Ekonomiks 21:16 18.10.2025

"NBK Motors" 8 ədəd avtomobilə görə cərimələndi

Azərbaycanda Çin istehsalı avtomobillərin satışını həyata keçirən "NBK Motors" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, şirkət Çindən 8 ədəd nəqliyyat vasitəsini Samur keçid məntəqəsi vasitəsilə Azərbaycana gətirsə də, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməyib.

Məhkəmənin hökmü ilə "NBK Motors" MMC 1500 manat məbləğində cərimə olunub. 

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "NBK Motors" MMC-nin qanuni təmsilçisi Aısaıtı Ahatıdır. 

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər 1000 məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->