Xəbər lenti

Neçə nəfər peyvənd olunub?
Ölkə 18:20 19.02.2023

Neçə nəfər peyvənd olunub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 172 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 85, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 7 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 947 036, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 618, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 388, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 521, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 509 nəfər təşkil edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->