Xəbər lenti

Neft bahalaşır: Maaş və pensiyalar artacaqmı?
Ekonomiks09:26 11.09.2023

Neft bahalaşır: Maaş və pensiyalar artacaqmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son 3 ayda neftin dünya bazar qiyməti 22 faiz bahalaşıb. Brent markalı neftin qiyməti hər barel üçün 90 dollardan baha təklif olunur. Neftin qiymətinin artması əmək haqqı və pensiya ödənişlərinə necə təsir göstərəcək? 
İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, neftin qiymətinin artmasının əmək haqqı və pensiyaya heç biri təsiri olmayacaq: 
"Neftin qiyməti sabit deyil. Ötən il Rusiyanın Ukraynaya qarşı başladığı müharibə fonunda mart-aprel aylarında bu qiymət 110 dollardan çox idi. Sentyabarda indiki kimi 90 dollara endi. O vaxtdan da 70-90 dollar arasındadır. Son iki ayda isə 75 dollardan 90 dollara qalxıb. Hazırda Azərbaycan höküməti neftdən gələn pulu mühüm amil kimi hesablamır. Bu pul Dövlət Neft Fonduna gedir. Bu pullar xərclər üçün deyil, milli valyutanın sabitliyi üçündür”. 
Əkrəm Həsənov qeyd edib ki, qiymət qalxdığı kimi enə də bilər:
"Risklər böyükdür. Hazırda ABŞ Tehranla danışıqlar aparır ki, İran daha çox neft satsın. Bunun nəticəsində neftin qiyməti enə bilər. Həm də Azərbaycanın neft hasilatı da azalır, sabahı da düşünmək lazımdır. Neftin qiymətinin qalxması o demək deyil ki, maaşlar qalxacaq”.
Əkrəm Həsənov Azərbaycan dövlətinin xərclərinin çox olduğunu qeyd edib:
"Xüsusən də işğaldan azad olunmuş ərazilərin xərcləri çoxdur”.
Bahar Rüstəmli