Xəbər lenti

Neft bir günə 5 dollar ucuzlaşdı
Ekonomiks05:18 07.07.2015

Neft bir günə 5 dollar ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya bazarlarında neftin qiymətində kəskin ucuzlaşma qeydə alınıb. Anspress-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti ötən günə nisbətdə 1 barelə görə 2,55 dollar ucuzlaşıb. 
Ötən gün 1 bareli 55,52 dollar olan Texas neftinin bu günə qiyməti 52,97 dollar təşkil edir. ICE London qitələrarası birjasında Brent markalı neftin də qiymətində də kəskin ucuzlaşma müşahidə edilib. Bu növ neftin 1 bareli 4,93 ucuzlaşaraq 57,14 dollar təşkil edib. 
Qərb analitikləri hesab edir ki, neftin sürətlə ucuzlaşmasına səbəb İranın tamamilə "qara qızıl" bazarına qayıtması və Yunanıstanın defolta yaxınlaşması, o cümlədən Avrozonadan çıxma ehtimalının olmasıdır. Hadisələr birjalar üçün neqativ məcrada davam edərsə, birjaların cavabı da adekvat olacaq və bu gedişlə, yaxın perspektivdə Brent markalı neftin qiyməti 55 dollardan da aşağı düşə bilər.
Dünya birjalarında neftin qiyməti
Neftin dünya birjalarında qiymətinin bir gün ərzində qəflətən ucuzlaşması İran və “altılıq” ölkələr arasında aparılan danışıqlarla da əlaqələndirilir. Dünyanın iri neft istehsalçılarından olan İranın nüvə proqramı üzrə danışıqlarda müsbət addımlar atması və yenidən bazara daxil olacağı ehtimalı da neftin qiymətin ucuzlaşdıran amillərdəndir.
Qaynar.info