Xəbər lenti

Neft Fondu bu şirkətlərin səhminə 1,7 milyard dollar xərcləyib (SİYAHI)
Ekonomiks16:35 27.04.2024

Neft Fondu bu şirkətlərin səhminə 1,7 milyard dollar xərcləyib (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) cari ilin birinci rübü üzrə ən çox səhmlərinə sahib olduğu 5 şirkətlə (TOP-5 şirkət) bağlı məlumat verib.
Dövlət Neft Fondundan bildirilib ki, bu ilin ilk rübündə səhmlər üzrə ümumi məbləğ 1 milyard 742 milyon dollar təşkil edib.
– "Microsoft” (494 milyon ABŞ dolları)
– "Apple” (419 milyon ABŞ dolları)
– "NVIDIA” (371 milyon ABŞ dolları)
– "Amazon” (279 milyon ABŞ dolları)
– "Meta platforms” (179 milyon ABŞ dolları)
"Həmin səhmlərin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı müvafiq olaraq 4 faiz, 3,4 faiz, 3 faiz, 2,3 faiz və 1,4 faiz təşkil edib”, – deyə fondun AZƏRTAC-a cavabında bildirilib.