Xəbər lenti

Neft ucuzlaşmağa davam edir
Ekonomiks05:53 13.06.2016

Neft ucuzlaşmağa davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qızılın bir qramı isə 41 dollardan artıq qiymətə satılır.
"Qara qızıl"ın qiymətlərində mənfi yöndə dəyişmə müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Layt" markalı xam neftin qiyməti enib. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 1 dollar azalaraq 48.52 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti ucuzlaşaraq 50.09 dollarda qərarlaşıb. “AzəriLayt” markalı neftin bir bareli  isə 51 dollardan bir qədər ucuz qiymətə - 50.97 dollara satılıb.
10 ildən sonra neftin qiyməti 100 dollar ola bilər". Bunu "Qazprom neft"in baş direktoru Aleksandr Dyukov deyib.
Qurum rəhbəri hesab edir ki, əgər kartel mövqeyi dəyişməzsə, o zaman neftin qiyməti illərlə 50-60 dollar səviyyəsində qalacaq. "Bundan başqa, əgər OPEC  öz mövqeyini yumşaltsa və neft hasilatının səviyyəsinin artırmasını dayandırsa, o zaman neftin qiyməti, hətta on ildən sonra 90-100 dollara kimi qalxa bilər", - Aleksandr Dyukov bildirib.
"Bloomberg"in verdiyi məlumata görə, qızılın bir qramının qiyməti bahalaşaraq 41 dolları keçərək 41.04 dollar. Platinin bir qramının qiyməti ucuzlaşaraq 31.72 dollar, palladiumun qramı da qiymətdə azalaraq 17.37 dollar olub. Gümüşün qiyməti dəyişməyib, qramı 56 sentə alıcılarını tapıb.
Qaynarinfo.az