
Bu gün dünya bazarında neftin qiyməti yüksələrək, uzun müddətdən sonra ilk dəfə 50 dolları keçib.
Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 17:20-yə olan məlumata görə, “Brent” markalı neftin sentyabr fyuçersinin 1 barreli 50,05 dollara satılıb.
Bu rəqəm cümə axşamı səhər alqı-satqı sessiyası başlayan vaxt qeydə alınmış göstəricidən 0,35 dollar, yaxud 0,70% yüksəkdir
Qaynarinfo.Az