Xəbər lenti

Neftçala maliyyə şöbəsində korrupsiya QALMAQALI
Ölkə10:18 17.03.2014

Neftçala maliyyə şöbəsində korrupsiya QALMAQALI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Maliyyə Nazirliyinin Neftçala rayon şöbəsinin müdiri Rəşid Manafov həbs oluna bilər.

Bu barədə Qaynar.info-ya Neftçala rayonundan məlumat daxil olub. 

Məlumatda bildirilir ki, maliyyə şöbəsində 2013-cü ilin son rübündə aparılan yoxlamalar zamanı ciddi yeyinti və korrupsiya faktları ortaya çıxıb. Hazırda həmin yoxlamaların nəticəsi araşdırılaraq dəqiq rəqəmlər ortaya çıxarılıb. 

Bildirilir ki, Neftçala rayon icra başçısı İsmayıl Vəliyev dəfələrlə Manafovu üzləşdiyi problemlərdən xilas edib. Çünki Manafov icra başçısına ən yaxın məmurlardan sayılır və İsmayıl Vəliyev məhz onun vasitəsilə rayonda öz məqsədlərini reallaşdıra bilir. Ancaq budəfəki yoxlamalar kifayət qədər ciddi olduğundan Manafov həbs təhlükəsi ilə üz-üzədir. 

Mövzu ilə bağlı  Rəşid Manafovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. 

Araşdırmalarımız davam edir. 

Qaynar.info