Xəbər lenti

"Neftçi" 1,8 milyon qiyməti olan braziliyalını transfer etdi
İdman14:33 18.07.2023

"Neftçi" 1,8 milyon qiyməti olan braziliyalını transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” növbəti transferini reallaşdırıb.
Qaynarinfo xəbər verir ki, braziliyalı futbolçu Yuri Matiasla 2 illik müqavilə bağlanıb.
28 yaşlı mərkəz müdafiəçisi yeni komandasının heyətində 44 nömrəli formanı geyinəcək.
Yuri Matias Braziliyanın "Amerika” (2014-2016), Portuqaliyanın "Akademika” (2016-2020), Təbrizin "Traktor” (2020), Rumıniyanın "Qaz Metan Mediaş” (2020-2022) və "ÇFR Kluj” (2022-2023) klublarında çıxış edib. O, 2021/2022 mövsümündə "ÇFR Kluj”la Rumıniya çempionu olub.
Futbolçunun "Transfermarkt”də dəyəri 1,8 milyon avro civarındadır.
Qeyd edək ki, "Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev və Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.