Xəbər lenti

“Neftçi” 1 dəqiqəlik sükutla başlayacaq
İdman05:57 06.08.2014

“Neftçi” 1 dəqiqəlik sükutla başlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Çixura” (Gürcüstan) - “Neftçi” (Azərbaycan) qarşılaşması 1 dəqiqəlik sükutla başlayacaq.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu klubunun təşəbbüsü ilə dünya miqyasında tanınan futbolçu Ələkbər Məmmədovun xatirəsi Tiflisdəki matçda anılacaq.
 
Belə ki, “Neftçi” bir neçə gün öncə dünyasını dəyişən futbol veteranını yad etmək üçün UEFA-ya müraciət ünvanlamışdı. Avropa futbol qurumu da bu məsələyə baxdıqdan sonra “Çixura” – “Neftçi” matçının 1 dəqiqəlik sükutla başlanmasına razılıq verib.
 
Qeyd edək ki, oyun avqustun 7-də keçiriləcək.

Qaynar.info