Xəbər lenti

“Neftçi” Abubakarla müqavilənin detallarını açıqladı
İdman18:29 21.10.2025

“Neftçi” Abubakarla müqavilənin detallarını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” Kamerun millisinin forvardı, məşhur futbolçu Vensan Abubakarla müqavilənin detallarını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, onunla 1+1 illik sözləşmə imzalanıb. 
V.Abubakar "Neftçi”də 45 nömrəli formanı geyinəcək. 
Qeyd edək ki, sonuncu klubu "Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. O, "Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), "Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.
Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.