Xəbər lenti

"Neftçi" "Şamaxı"ya qalib gəldi
İdman17:31 07.04.2025

"Neftçi" "Şamaxı"ya qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi" Misli Premyer Liqasının XXIX turunda "Şamaxı"nı məğlub edib.
Qaynarinfo xəbər verir ki, Şamaxı şəhər stadionunda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev vurub. 89-cu dəqiqədə isə Filip Ozobiç fərqi iki topa çatdırıb.
Xallarının sayını 35-ə çatdıran "ağ-qaralar" altıncı pillədə qərarlaşıb. Meydan sahibləri 28 xalla səkkizincidir.
Tura bu gün, saat 18:00-da başlanacaq "Araz-Naxçıvan" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb.