Xəbər lenti

"Neftçi" "Araz Naxçıvan"a qalib gələ bilmədi
İdman18:44 29.03.2025

"Neftçi" "Araz Naxçıvan"a qalib gələ bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasında XXVIII turunda daha bir oyun keçirilib.
Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.
Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. 3-cü dəqiqədə Bassala Sambu meydan sahiblərini önə keçirib. 6-cı dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarının sayını 48-ə.çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədəki mövqeyini qoruyub. "Neftçi" 32 xalla altıncı sıradadır.
Saat 19:00-da start götürəcək görüşdə "Sabah" "Sumqayıt"ın qonağı olacaq.
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun vurulacaq.