Xəbər lenti

“Neftçi” “Araz-Naxçıvan”la oyunda qələbəni son anda əldən verdi
İdman13:28 26.11.2023

“Neftçi” “Araz-Naxçıvan”la oyunda qələbəni son anda əldən verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında XIV tur davam edir.
Qaynarinfo xəbər verir ki, bu gün daha bir oyun keçirilib.
"Neftçi” doğma arenasında "Araz-Naxçıvan”la üz-üzə gəlib. "Neftçi Arena”da baş tutan matçda hesabı 41-ci dəqiqədə meydan sahibləri açıblar. Müdafiəçi Yuri Matias növbəti qolunu vurub. Lakin "ağ-qaralar” üstünlüyü son dəqiqələrdə əldən verib. Orxan Əliyev 90+3-cü dəqiqədə başla dəqiq oynayaraq, komandasına 1 xal qazandırıb – 1:1.
Bu nəticədən sonra 5-ci pillədəki "Araz-Naxçıvan” xallarının sayını 21-ə, ondan bir addım geridə olan "Neftçi” isə 19-a çatdırıb.
Qeyd edək ki, əvvəlki oyunlarda "Qarabağ” "Sabah”ı (2:1), "Qəbələ” "Turan Tovuz”u (4:0) məğlub edib, "Səbail”lə "Kəpəz” qolsuz bərabərə qalıblar. Tura bu gün keçiriləcək "Sumqayıt” – "Zirə” matçı ilə yekun vurulacaq.