Xəbər lenti

"Neftçi" Belarus millisinin hücumçusunu transfer etdi
İdman16:23 20.07.2022

"Neftçi" Belarus millisinin hücumçusunu transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Belarus millisinin hücumçusu Yeqor Boqomolskini transfer edib.
22 yaşlı forvardla imzalanmış müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, son klubu Belarus "Minsk"i olan Yeqor Boqomolski bu mövsüm ölkə çempionatında keçirdiyi 15 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə verib. Futbolçu bu ildən yığmaya da dəvət alır.