Yeni mövsümə hazırlığı Rusiyada davam etdirən "Neftçi" bu gün "Match TV" beynəlxalq turnirində ilk oyununu keçirəcək.
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan təmsilçisi "Zenit"lə (Sankt-Peterburq) qarşılaşacaq.
Sankt-Peterburqdakı "Qazprom Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Qarşılaşmanı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək.
"Match TV" turniri
1 iyul
20:30. "Neftçi" (Azərbaycan) - "Zenit" (Rusiya)
Hakimlər: Artyom Çistyakov, Aleksey Şiryayev, Vladislav Nazarov
VAR hakimi: Sergey Tsıqanok
Sankt-Peterburq, "Qazprom Arena"
Hazırda baş məşqçisiz olan Bakı klubu turnir çərçivəsində iyulun 8-də "Srvena Zvezda" (Serbiya), iyulun 12-də isə "Fənərbağça" (Türkiyə) ilə qarşılaşacaq.
Səbuhi Həsənov