Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, təmsilçilərimiz - "Neftçi", "Qəbələ" və "Zirə" də meydana çıxıb.
Klublarımızdan "Qəbələ" doğma meydanda Macarıstan "Fehervar"ını qəbul edib. "Qırmızı-qaralar" ilk görüşdə 1:4 hesabı ilə məğlub olmuşdu. Ev oyununda 2:1 hesablı qələbəyə rəğmən, təmsilçimiz Konfrans Liqasında mübarizəni dayandırıb.
"Neftçi" də doğma azarkeşlər önündə oynayıb. Səfərdə Kipr "Aris"inə 0:2 hesabı ilə məğlub olan Bakı klubu "Bakcell Arena"da darmadağına sevinib. 3:0 hesablı qələbə qazanan "ağ-qaralar" növbəti mərhələyə vəsiqəni təmin edib.
Bakıda İsrail "Makkabi"sinə 0:3 hesabı ilə məğlub olan "Zirə" cavab matçına Təl-Əvivdə çıxıb.
Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
28 iyul
Qəbələ (Azərbaycan) - Fehervar (Macarıstan) 2:1
Qollar: Rövlan Muradov, 34. Felipe Santos, 73 - Budu Zivzivadze, 44.
Dəqiq olmayan penalti: Loik Neqo, 40.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 4. Ruan Renato, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 7. Rövlan Muradov, 10. Omar Hani, 11. Asif Məmmədov, 23. Rafael Utziq, 27. Məqsəd İsayev, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 12. Rüfət Əhmədov, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev.
Baş məşqçi: Elmar Baxşıyev.
Fehervar: 1. Daniel Kovaç, 5. Attila Fiola, 8. Yevgeni Makarenko, 9. Budu Zivzivadze, 11. Loik Neqo, 13. Artyom Şabanov, 22. Stopira, 23. Pal Darda, 31. Nikola Serafimov, 55. Marsel Heyster, 94. Klaudiu Bumba.
Ehtiyat oyunçular: 42. Emil Rokkov, 6. Peter Pokornı, 7. İvan Petriak, 19. Kenan Kodro, 21. Ruben Pintu, 26. Mixael Lüftner, 29. Jolt Koynok, 65. Silvester Hanqya, 70. Funşo Bamqboye.
Baş məşqçi: Mixael Boris.
Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya).
Qəbələ şəhər stadionu.
Neftçi (Azərbaycan) - Aris (Kipr) 3:0
Qollar: Qodsvey Donyo, 38. Eddi İsrafilov, 57. Kenni Sayef, 62.
Qırmızı vərəqə: Morqan Braun, 82.
Neftçi: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov.
Baş məşqçi: Laurentsiu Regekampf.
Aris: 1. Vana, 3. Kaju, 7. Leo Benqtsson, 8. Morqan Braun, 13. Delmiro Evora Naskimento, 14. Artur Yannik Qomis, 20. Stiv Yaqo, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 31. Frants Brorsson, 37. Yulius Syoke.
Ehtiyat oyunçular: 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 9. Daniel Sikorski, 30. Aleks Muketu-Mussunda, 58. Yevgeni Yablonski, 65. Yanis Dede Lomme, 72. Floriss Cave, 80. Çavi Babiçka.
Baş məşqçi: Aleksey Şpilevski.
Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya).
Bakı, "Bakcell Arena".
İlk oyun - 0:2.
Makkabi (Təl-Əviv, İsrail) - Zirə (Azərbaycan) 0:0
Makkabi: 1. Daniel Perets, 4. Enrix Saborit, 5. İdan Naxmias, 14. Yoris van Overeem, 16. Qavriel Kaniçovski, 17. Brendli Kuvas, 21. Şeran Yeyni, 23. Eyal Qolasa, 28. Andre Geraldes, 77. Matan Hozez, 99. Corce Yovanoviç.
Ehtiyat oyunçular: 19. Daniel Tenenbaum, 6. Den Qleyzer, 10. Dan Biton, 11. Eylon Almoq, 22. Avi Rikan, 24. Nadav Niddam, 27. Ofir Davidzada, 30. Maor Kandil, 32. Dor Turgeman, 37. Oskar Qlux, 66. Nir Biton.
Baş məşqçi: Vladimir İviç.
Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 18. Slavik Alxasov, 21. Hacıağa Hacılı, 26. Nemanya Ancelkoviç, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 2. Sərtan Taşkın, 4. Cəlal Hüseynov, 7. Filipe Paxtman, 9. Loris Bronyo, 13. Ramin Əhmədov, 47. Məhəmməd Hamdui, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 77. Mirsayib Abbasov.
Baş məşqçi: Rəşad Sadıqov.
Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya).
Təl-Əviv, "Blumfild" stadionu.
İlk oyun - 3:0.
"Qəbələ" - "Fehervar" cütünün III təsnifat mərhələsində "Petrokub-Hinçesti” (Moldova) / "Laçi” (Albaniya) cütünün güclüsü, "Neftçi" - "Aris" cütünün qalibi "Rapid” (Vyana, Avstriya) / "Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü, "Makkabi" - "Zirə" cütünün qalibi isə Yunanıstanın "Aris" (Saloniki) klubu ilə qarşılaşacaq.
Səbuhi Həsənov
Şərhlər