Xəbər lenti

“Neftçi”dən iddialara cavab
İdman19:58 21.03.2024

“Neftçi”dən iddialara cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” bəzi futbolçularının mövsüm sonu klubdan ayrılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Qaynarinfo xəbər verir ki, bu haqda klub məlumat yayıb.
"Yayılan bu xəbərlər şayiədən ibarətdir, həqiqəti əks etdirmir. Hazırda hər hansı bir futbolçumuzun komandanı tərk edəcəyi ilə bağlı qərar qəbul edilməyib. Cari mövsüm yekunlaşdıqdan sonra oyunçuların göstərdiyi performansa əsasən kimin komandada qalıb-qalmayacağı bəlli olacaq. Bir daha media nümayəndələrinin bu kimi xəbərləri dərc etməmişdən əvvəl "Neftçi” PFK mətbuat xidmətindən klubun rəsmi mövqeyini öyrənməsi xahiş olunur”,-deyə açıqlmada qeyd edilib.