Xəbər lenti

İdman 13:05 01.03.2025

"Neftçi”dən rekord, “Qarabağ”dan yubiley

Azərbaycan Kubokunun 1/4 finalında "Kəpəz”i mübarizədən kənarlaşdıran "Neftçi” tarixində 21-ci dəfə yarımfinala yüksəlib.

Qaynarinfo PFL-in saytına istinadn xəbər verir ki, bu, turnirin tarixində mütləq rekorddur. "Ağ-qaralar” həm də ardıcıl 4-cü dəfə finalın bir addımlığında olacaq.

Yarımfinalda iştirak sayında 2-ci olan "Qarabağ” 20-ci dəfə bu mərhələyə yüksəlib. Ağdam klubu yubiley uğurunu "Səbail”i keçməklə gerçəkləşdirib. Bölgə təmsilçisi ardıcıl ikinci dəfə yarımfinalda oynayacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->