İdman 15:59 23.01.2023

"Neftçi" Donyonu satdı (RƏSMİ)

"Neftçi”nin Kipr təmsilçisi "Apollon”la futbolçu Qodsvey Donyonun satışı ilə əlaqədar apardığı rəsmi danışıqlar uğurla başa çatdırılıb. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hücumçu Kipr təmsilçisinə satılıb. 
 
Donyo 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda "Neftçi”nin formasını geyinib, 6 qol vurub.
 
Futbolçu ötən ilin yayında "Neftçi"yə transfer olunmuşdu.
 
Səbuhi Həsənov