Xəbər lenti

"Neftçi" Eddi ilə müqavilənin detallarını açıqladı
İdman12:09 05.01.2022

"Neftçi" Eddi ilə müqavilənin detallarını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” qış fasiləsində ikinci transferini reallaşdırıb.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Eddi İsdrafilov ilə 2,5 illik müqavilə bağlanıb. 29 yaşlı futbolçu paytaxt təmsilçisinin heyətində 14 nömrəli formanı geyinəcək.
İsrafilov İspaniyanın "Real Mursiya” (2011-2014), "Qranada” (2014-2015), "Eybar” (2015-2016), "Kordoba” (2016), "Kadis” (2016-2017), "Ximnastik” (2017-2018), "Alkorkon” (2018-2019) və "Albasete” (2019-2021) klublarında çıxış edib. 2016-cı ildən Azərbaycan milli komandasına dəvət olunan futbolçu 13 rəsmi oyunda meydana çıxıb.
Səbuhi Həsənov