"Neftçi" aparıcı oyunçularından olan Sezar Meza Kollini itirib.
Qaynarinfo xəbər verir ki, Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan Bakı klubunun yarımmüdafiəçisi məşq zamanı dizində yaranmış ağrılarla əlaqədar Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçib. Nəticədə paraqvaylı futbolçunun məcburi əməliyyata ehtiyacı yarandığı məlum olub.
Meza Kolli bu səbəbdən vətəninə yollanıb.
Səbuhi Həsənov