"Neftçi” Rusiyada özü ilə birlikdə dörd klubun - "Fənərbağça” (Türkiyə), "Zenit” (Rusiya) və "Srvena Zvezda”nın (Serbiya) arasında keçiriləcək yarışda iştirak edəcəyini təsdiqlədi. Xeyli müddətdir bu məsələlərlə bağlı tənqidlərlə üzləşməsinə baxmayaraq, klub rəhbərliyi FIFA-nın və UEFA-nın sanksiyalar tətbiq etdiyi dövlətin ərazisində keçiriləcək turnirə yollanacaqlarını rəsmi şəkildə açıqladı. Bəs, buna nə dərəcədə ehtiyac vardı?
Bakı klubunun veteran futbolçuları Qaynarinfo-ya açıqlamasında bu addıma münasibətlərini bildirib:
Kamal Quliyev
"Fikrimcə, belə olan halda biz bütün Avropaya, FIFA-ya, UEFA-ya qarşı çıxmış oluruq. Dostluğumuzu göstərmək istəyiriksə, bu cür olmamalıdır. Çünki sanksiyalara qarşı addım atmış oluruq. Ümumiyyətlə, bu turnirdə oynamağa ehtiyac da yox idi. Başqa turnirlər də var. Təlim-məşq toplanışları keçirilən ölkələrdə hər il yüzlərlə yarış olur. Belədə daha yaxşı və hörmətli olardılar. Şanslara gəlincə, adətən belə dönəmdə futbolçuların bir çoxu istirahətdə olur, ailəsi ilə vaxt keçirir. Bu yarışa gələnlər də baxışa dəvət edilən futbolçular olur. Həm də klubun aşağı yaş qruplarında yetişən oyunçulara şans verilir. Düşünürəm ki, heç bir klub o yarışda aparıcı futbolçularından istifadə etməyəcək. Ulduz futbolçulara istirahət verəcəklər”.
Yunis Hüseynov
"Bildiyiniz kimi, UEFA və FIFA Rusiyaya qadağalar qoyub. Fikrimcə, "Neftçi”nin oraya getməsi heç bir məna daşımır. Getməsələr daha yaxşı olardı. Amma özlərini göstərmək istəyirlərsə, oyunlara hazırlıq kimi baxırlar, bu başqa. Yenə də ehtiyac olmadığını düşünürəm. Həm də "Neftçi” elə səviyyədə deyil ki, gedib orada yaxşı oyun göstərsin. Getməsələr daha yaxşı olardı”.
Maşallah Əhmədov
"Neftçi” kimdir ki? İndi "Neftçi” var? Klub rəhbərliyi, başda Kamran Quliyev olmaqla hamısı vəzifəsindən getməlidir. Komanda Premyer Liqada ikinci yeri tuta bilərdi. Ancaq gedib Rumıniyadan bir piyan gətirdilər… Xahiş edirəm ki, onların hamısını qovsunlar, əvəzində kluba futbol mütəxəssislərini dəvət etsinlər. "Neftçi”nin Rusiyadakı yarışda iştirakı düzgün deyil. Çünki biz avrokuboklarda UEFA-nın, FIFA-nın bayrağı altında seçmə mərhələlərdə oynayırıq. Ruslar oynamır axı. Onların heç Rusiyaya getməyə ixtiyarı da yoxdur. Niyə ora getmək üçün çalışırlar? Getsələr də heç nə edə bilməzlər. Çünki komandada komandalıq qalmayıb. Biabırçılıqdır, üzümü "Neftçi” rəhbərliyinə tutub 24 saat vaxt verirəm ki, klubu tərk etsinlər. Yalnız Səməd Qurbanov qalsın. Çünki orada futboldan anlayışı olan yalnız odur”.
Asif Əliyev
"Neftçi”nin ora getməsi yaxşı haldır, çox gözəl. Azərbaycanı təmsil edəcəklər. Amma orada oynamaq lazımdır. Vaxt keçirməyə, biabır olmağa gedirlərsə… Kişi kimi oynasınlar, biabır olmaq lazım deyil. "Neftçi” adını yüksəklərdə saxlasınlar”.
Səbuhi Həsənov