Xəbər lenti

"Neftçi” fransalı hücumçunun transferini açıqladı (VİDEO)
İdman12:38 16.06.2019

"Neftçi” fransalı hücumçunun transferini açıqladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” daha bir futbolçu transferini gerçəkləşdirib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı hücumçu Stiven Jozef-Monroz ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı forvard yeni komandasında da 28 nömrəli formanı geyinəcək.
Sonuncu klubu "Qəbələ” (2017-2019) olan Jozef-Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan Kubokunun (2019) qalibi olan futbolçu Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət milli komandalarında oynayıb.
Qeyd edək ki, bu, müdafiəçi Voislav Stankoviç və hücumçu Rauf Əliyevdən sonra "Qəbələ"dən "Neftçi"yə keçən 3-cü futbolçu olub. Eyni zamanda yarımmüdafiəçi Dario Frederiko da "ağ-qaralar"a qayıdıb.